Cefavit D3K2 – 20 ml maye

Cefavit D3K2 – 20 ml maye

D 3 və k2 vitaminlərinin birgə kombinasiyası kalsiumun vaxtında və itkisiz mübadiləsini təmin edir. Belə ki, D3 vitamini kalsiumun sorulması prosesini həyata keçirərək, mübadilənin növbəti mərhələsi üçün şərait yaradır. K2 vitamini növbəti mərhələdə Ca ( kalsium) mübadiləsində iştirak edən proteinləri (Osteokalsin, Matriks – gla) aktivləşdirirərək Ca – un damarların endotel qişasında və yumşaq toxumalarda toplanmasının qarşısını alır. Sümüklərin möhkəmliyini, əzələ və damarların elastikliyini hətta yaşlı insanlarda belə qoruyub saxlayır. 

Cefavit D3K2 - tərkibində mövcud olan K2 vitamini MENAQUINONE-7 formada olub K 2 vitamininin qanda ən uzun müddət qala bilən formasıdır. Bütün toxumaların istifadə edə bilməsi üçün hazır vəziyyətdədir.

Cefavit D3K2 – Almaniyanın Cefak- KG zavodunun istehsalı olub yüksək keyfiyyət ehtiva edir:

  • Qlüten və kimyəvi qoruyucu ( BHA) daşımır
  • Şəkər daşımır
  • Nanotexnologiya istehsal, yüksək keyfiyyətli xammalın istifadəsi və sınaqda ən yüksək keyfiyyət standartları sayəsində təhlükəsiz olaraq 5 il saxlanma dövrü var.
  • Avropa standartlarına uyğundur
  • Veqanların istifadəsi üçün uyğundur
  • Tamamilə qoxusuzdur.

RECTOVENAL

RECTOVENAL

Babasil xəstəliyi geniş yayılmış bir tibbi-sosial problemdir və son illər bütün dünyada geniş yayılmaqdadır.  Babasil (digər adı hemorroy) düz bağırsaq damarlarının varikoz genişlənməsidir.

 

REKTOVENAL gel tərkibinə əsasən dünyada analoqu olmuyan babasil üçün anorektal geldir. Tərkibi diosmin və hesperidin, palıd qabığı ekstraktıdır.

 

  Diosmin və hesperidin flavonoidləri  venotonik, angioprotektiv  təsir göstərə bilən bir maddədir. Bu maddəllər sayəsində genişlənmiş damarları əhəmiyyətli dərəcədə azaltmaq, tonusu artırmaq, damarlarda qan durğunluğunu azaltmaq, kapilyarların vəziyyətini normallaşdırmaq, bununla da onların kövrəkliyini və keçiriciliyini azaltmaq, limfa axını və mikrosirkulyasiyanı normallaşdırmaq mümkündür.

Palıd qabığı ekstraktındaki kversetin iltihabəleyhinə,ödəmleyhinə,regenarativ və angioprotektor rolunu oynayır. Taninlər büzüşdürücü və sakitləşdirici effektləri ilə dəri və selikli qişalarda iltihabi aradan qaldırır, yaraları sağaldır və babasil simptomlarının aradan qalxmasına yardım edir. Qoruyucu baryer yaratmaq ilə taninlər anal nahiyənin həssas dəri və selikli qişasını mümkün infeksiyalardan qoruyur və bərpasını təmin edir. 

 

REKTOVENAL antibakterial, hemostatik, iltihabəleyhinə, ödəm əleyhinə, qoruyucu xüsüsiyətləri sayəsində şişkinliyi aradan qaldırır, qanaxmanı dayandırır, infeksiyadan qoruyur, sağalmanı sürətləndirir, dəri və selikli qişaların bərpasını dəstəkləyir.

 

Tətbiqdən sonra ilk 15 dəq ərzində anal nahiyyədə qaşınma, sulanma, ağrı və qanaxma kimi simptomlar azalır. 1 saatdan sonra yox olur. 

 

REKTOVENAL gel şəklindədir, qoxusuz və rəngləyəcisizdir.

 

İstifadəsinə aid göstərişlər:

  • Daxili və xarici babasil
  • Anal və perianal ekzema
  • Düz bağırsağın çatları
  • Proktit və paraproktit
  • Babasil əməliyyatından sonra
  • Doğuşdan sonra yaranan babasil

LETRA

LETRA

Süd vəzi xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür və hər keçən gün daha çox artır. 

LETRA, artıq menstruasiya dayandırılmış (postmenopozal) qadınlarda döş xərçənginin müəyyən növlərini müalicə etmək üçün istifadə olunur.

 

LETRA şiş əleyhinə vasitə olmaqla aromataza fermentinin inhibitorudur. Bu fermentin təsiri altında qadınlarda menopauzdan sonrakı dövrdə qadın cinsi hormonları olan estrogen sintezi baş verir və o cümlədən androgenlərin qadın cinsi estron və estradiola çevrilməsini təmin edir.Letra aromatazanın, onun aktivliyinin tormozlanmasına səbəb olur ki, bu zaman bütün toxumalarda , o cümlədən estrogendən asılı toxumalarda estrogenlərin sintezi azalır. Nəticədə şiş hüceyrələrinin böyüməsini və digər toxumalara yayılmasını ləngidir və ya tamamilə dayandırır. 

 

LETRA xəstələrdə LH və FSH  plazma səviyyələrində dəyişiklik yaratmır, TSH, T4 və T3 konsentrasiyalarına və müvafiq olaraq da qalxanvari vəzin funksiyalarına təsir göstərmir. 

 

İstifadəsinə aid göstərişlər:

 

Letra dərman vasitəsi hormon reseptorları neqativ olan xəstəliklər zamanı istifadə edilmir. Letra aşağıdakı hallarda təyin olunur:

 

•       Hormon reseptoru (estrogen (ER) və/və ya progesteron (PR) reseptoru) müsbət, erkən mərhələdə invaziv süd vəzi xərçəngi olan postmenopauza dövründəki qadınların adyuvant müalicəsi zamanı;

•       Postmenopauza dövründə olan, hormon reseptorları (ER və/və ya PR reseptorları) müsbət, erkən mərhələli invaziv süd vəzi xərçəngi olan, əvvəllər standart (5 il ərzində) tamoksifen istifadə etmiş pasiyentlərdə uzunmüddətli adyuvant müalicə zamanı;

•       Metastatik və lokal irəliləmiş süd vəzi xərçəngi olan, hormon reseptoru (ER və/və ya PR) müsbət olan postmenopauza dövründəki qadın xəstələrdə birinci sıra müalicə kimi;

•       Tamoksifenlə müalicədən sonra təkrarlanan və ya irəliləmiş süd vəzi xərçəngi olan postmenopauza dövründəki qadınların müalicəsi zamanı.

Ribaxan

Ribaxan

RİBAXAN –müasir dövrdə xüsusilə artmış ürək-damar xəstəlikləri, damar tıxanıqlıqları və insultun müalicə və profilaktikasında əsas seçim preparatlarındandır. 

 

RİBAXAN –antikoaqulyant, yəni laxtalanma əleyhinə preparat olmaqla Xa faktorunun yüksək dərəcədə selektiv, birbaşa təsirli inhibitorudur. Xa faktorunun inhibə olunması, laxtalanma prosesində əsas komponent olan trombinin əmələ gəlməsinin və bununla da tromb yaranmasının qarşısını alır, qanın laxtalanma kaskadının daxili və xarici yolunu tormozlayır. Bununla da qanın normadan artıq laxtalanmasının və onun səbəb olduğu xəstəliklərin qarşısını effektiv olaraq alır. 

 

RİBAXAN  trombini birbaşa inhibə etmir (aktivləşdirilmiş faktor II) və trombositlərə də heç bir təsiri olmadığından qanaxma riski demək olar ki, çox minimaldır və  laxtalanma əleyhinə təyin edilən digər dərmanlar (məs. Aspirin, Klopidogrel və s.) ilə kombinasiyada təyin edilə bilir. 

 

Əvvəlki preparatlardan fərqli olaraq geniş terapevtik profil və yüksək təhlükəsizliyə malik olduğundan pasientlərdə qanın laxtalanmasının normal səviyyələrdə saxlanması da daha asandır. Eyni zamanda əvvəllər olduğu kimi pasientlərdə daimi monitorinqə (qanın laxtalanmasına yönəlik analizlər) ehtiyac yaranmır. 

PROCTO3

PROCTO3

PROCTO3 Təbii ekstraktlardan hazırlanıb, qoruyucu, yumşaldıcı və sakitləşdirici təsir göstərərək qıcıqlanma, ağrı, yanğı hissiyyatı və qaşınmanı sürətlə aradan qaldırır.
EVO3 COMPLEX® Ozonlaşdırılmış zeytun yağı. Ozon, sabit bir ozonid şəklində, hüceyrə metabolizmini stimullaşdıraraq dəriyə oksigeni ötürür və sərbəst radikalları neytrallaşdırır, antiseptik və toxuma bərpaedici təsirə də malikdir.
ALLANTOIN ilbizin seliyindən alınır. O, yara sağaldici təsir göstərərək dəri regenerasiyasını sürətləndirir; eyni zamanda büzücü (hər hansı bir şişkinliyi azaldır) və iltihabəleyhinə təsir göstərir.
GAULTERIA PROKUMBENSİN efir yağı. Metilsalisilatla, "təbii keyidici", zəngin olan bitki mənşəli yağdır, ağrıları aradan qaldırır və qismən keyləşdirir.
ASO5 COMPLEX® - şirin badam yağı ilə dəstəklənmiş qırmızı üzümün quru ekstraktı, at şabalıdı, sentella ekstraktı, ponti bigavarı ekstraktı, palıd ekstraktı. Şirin badam yağı ilə dəstəklənmiş bu quru ekstraktların xüsusi formulası, yağın hüceyrə membranına lipofilik təsiri nəticəsində dəridən digər komponentlərin mənimsənilməsini təmin edir. 
Göstərişlər: 
• Daxili və xarici babasil;
• Anal və perianal ekzema;
• Düz bağırsağın çatları;
• Proktit və paraproktit;
• Babasil əməliyyatından sonra;
• Doğuşdan sonra yaranan babasil.
Xaricə istifadə üçün: krem perianal və anal nahiyələrinə yumşaq bir şəkildə masaj hərəkəti ilə yeridilir. Daxilə istifadə üçün: kannülanı yumşaq bir şəkildə daxil edin və tübikin tərkibini bütövlüklə istifadə edin.
Birdəfəlik istifadə üçün tübik.
EVO3 Kompleks® (ozonlaşdırılmış zeytun yağı), Allantoin, Gaulteriya efir yağı, ASOS kompleks (şirin badam yağı ilə dəstəklənmiş qırmızı üzümün quru ekstraktı, at şabalıdı, sentella ekstraktı, ponti bigavarı ekstraktı, palıd ekstraktı )
 
 

PROGINAT

PROGINAT

PROGINAT dərman vasitəsi mədəyə düşdükdən sonra mədə turşusu ilə reaksiyaya girərək xüsusi geləbənzər maddə yaranır ki, bu da mədədə artmış olan turşuluğu neytrallaşdırır. Mədənin selikli qişasının baryer funksiyasını qoruyaraq patogen mikroorqanizmlərin yaraya təmas etməsinin qarşısını alır. Həmçinin, regenerativ xüsusiyyətə malik olduğu üçün mədə-bağırsaq sistemində yarasağaldıcı təsirə malikdir. Bunun üçün də həm reflüks-ezofaqitin, həm də xora xəstəliyinin müalicəsində geniş istifadə olunur. Gəyirmə zamanı mədə möhtəviyyatı yenidən qida borusuna geri qayıdarsa, bu zaman gel şəklində olduğu üçün qida borusundakı qıcıqlanmanı aradan qaldıraraq selikli qişanı qoruyur və iltihabi prosesin inkişaf etməsinin qarşısını alır. PROGİNAT mədə turşusu və ödün qida borusuna  doğru reflüksu nəticəsində meydana gələn ağrıları aradan qaldırır. Hətta qida borusu və mədədə baş verən diskomfort, preparat qəbulundan 3-4 dəqiqə sonra tam aradan qalxır. 
Istifadəsinə göstərişlər:
• Qastroezofaqeal reflüks və mədə turşuluğunun artması ilə bağlı dispeptik vəziyyətlərin simptomatik müalicəsi;
• Qastroezofaqeal reflüks (mədə qıcqırması və requrgitasiya zamanı);
• Yemək qəbulundan sonra mədədə ağırlıq hissi (o cümlədən, hamiləlik zamanı);
• Diafraqmanın qida borusu dəliyinin yırtığı və ya Hiatus yırtığı;
• Səbəbi reflüks olan bütün epiqastrik və retrosternal vəziyyətlər.
 

DEVA-3

DEVA-3

D3 vitamini raxit əleyhinə aktiv faktordur. D vitaminini kalsiumun və fosfatların bağırsaqdan absorbsiya olunmasında, mineral duzların nəqlində və sümüklərin kalsifikasiyasında əhəmiyyətli rol oynayır, həmçinin kalsiumun və fosfatların böyrəklər vasitəsilə xaric olmasını tənzimləyir.  D3 vitamini sümüklərin və dişlərin normal fəaliyyətini təmin edir, həmçinin  immunitet sisteminin və əzələlərin normal funksiyasını dəstəkləir. Bundan əlavə, D3 vitamini hüceyrə bölünməsində və qanda kalsium normal konsentrasiyasını saxlamaqda rol oynayır

CEFASEL

CEFASEL

Selen – insan sağlamlığı üçün ən vacib minerallardan biridir. Selen immun sisteminin fəaliyyətinə çox müsbət təsir edir, immun hüceyrələrinin istehsalını sürətləndirir. 

Endogen metabolizm seleni sintez edə bilməz, buna görə gündəlik olaraq kifayət qədər miqdarda qidalanma ilə təmin edilməlidir. Selen bütün hüceyrələrdə mövcuddur və bir çox fermentin əvəzolunmaz bir hissəsidir. Selen sərbəst radikalları neytrallaşdıraraq hüceyrələri hər zaman qoruyur. 

Bundan əlavə, selen tiroidin normal funksiyası üçün vacibdir. 

Üstəlik, selen normal saç və dırnaqların strukturunu təmin edir, spermatogenezə də dəstək olur

CEFAVIT D3

CEFAVIT D3

D3 vitamini raxit əleyhinə aktiv faktordur. 
D vitaminini kalsiumun və fosfatların bağırsaqdan absorbsiya olunmasında, mineral duzların nəqlində və sümüklərin kalsifikasiyasında əhəmiyyətli rol oynayır, həmçinin kalsiumun və fosfatların böyrəklər vasitəsilə xaric olmasını tənzimləyir.  D3 vitamini sümüklərin və dişlərin normal fəaliyyətini təmin edir, həmçinin  immunitet sisteminin və əzələlərin normal funksiyasını dəstəkləir.
Bundan əlavə, D3 vitamini hüceyrə bölünməsində və qanda kalsium normal konsentrasiyasını saxlamaqda rol oynayır. 
 

MAX ULTRALAC

MAX ULTRALAC

MAX ULTRALAC, tərkibində 10 seçilmiş ştammın 5 milyard canlı bakteriya, inulin və akasiyadan alınan Fibregum ™ adlı həllolunan liflərdən ibarət olan bioloji fəallığa malik qida əlavəsidir. 
MAX ULTRALAC aşağıdakı təsirlərə malikdir: bağırsaq mikroflorasının hazır ştammları olduğu üçün pozulmuş mikrofloranı sürətlə normallaşdırır; müxtəlif etiologiyalı (antibiotik, infeksiya, şüalanma, stress, səyahət və s.) disbakterioz, disbioz, kəskin və xroniki bağırsaq pozulmaları (infeksion, diarreya, qəbizlik) zamanı effektivdir; bağırsaq motorikasını normallaşdırır; bütün mədə-bağırsaq traktı boyu həzm prosesini və maddələr mübadiləsini yaxşılaşdırır. Fibregum TM - akasiyadan alınan həllolunan liflər  və inulin prebiotik təsir göstərirlər.
 

NERVOCOL COMPLEX

NERVOCOL COMPLEX

  • Sinir sisteminə dəstək
  • Emosional tarazlıq
  • Yüksək əhval-ruhiyyə
  • Rahat yuxu

 

NERVOCOL COMPLEX 10 aktiv inqrediyentin birləşməsidir: bitki ekstraktları, vitaminlər və sinir sisteminin normal fəaliyyətini təmin edən L-triptofan. 
Melissa ekstraktı əsəbləri sakitləşdirir, psixi gərginliyi aradan qaldırır. 

Mayaotu ekstraktı mərkəzi sinir sisteminə sedativ təsir edir, уuxu fazalarını normallaşdırır, dərin yuxuya getməni təmin edir. 

Radiola ekstraktı mərkəzi və periferik qan dövranını tənzimləyir. Zəfəran ekstraktı emosional tarazlığı qoruyur, müsbət əhval yaradır.                                                                  

L-triptofan - əvəz olunmayan amin turşusu olub orqanizmdə “xoşbəxtlik hormonu” sayılan serotoninin sintezində anamaddə sayılır.
B6, B12 vitamini, niasin və riboflavin sinir sisteminin normal fəaliyyətini təmin edir, yorğunluğun azaldır.