cefasel

Cefavit D3K2 – 20 ml maye

  • Haqqında
  • Tərkibi
  • İstifadə qaydası

D 3 və k2 vitaminlərinin birgə kombinasiyası kalsiumun vaxtında və itkisiz mübadiləsini təmin edir. Belə ki, D3 vitamini kalsiumun sorulması prosesini həyata keçirərək, mübadilənin növbəti mərhələsi üçün şərait yaradır. K2 vitamini növbəti mərhələdə Ca ( kalsium) mübadiləsində iştirak edən proteinləri (Osteokalsin, Matriks – gla) aktivləşdirirərək Ca – un damarların endotel qişasında və yumşaq toxumalarda toplanmasının qarşısını alır. Sümüklərin möhkəmliyini, əzələ və damarların elastikliyini hətta yaşlı insanlarda belə qoruyub saxlayır. 

Cefavit D3K2 - tərkibində mövcud olan K2 vitamini MENAQUINONE-7 formada olub K 2 vitamininin qanda ən uzun müddət qala bilən formasıdır. Bütün toxumaların istifadə edə bilməsi üçün hazır vəziyyətdədir.

Cefavit D3K2 – Almaniyanın Cefak- KG zavodunun istehsalı olub yüksək keyfiyyət ehtiva edir:

  • Qlüten və kimyəvi qoruyucu ( BHA) daşımır
  • Şəkər daşımır
  • Nanotexnologiya istehsal, yüksək keyfiyyətli xammalın istifadəsi və sınaqda ən yüksək keyfiyyət standartları sayəsində təhlükəsiz olaraq 5 il saxlanma dövrü var.
  • Avropa standartlarına uyğundur
  • Veqanların istifadəsi üçün uyğundur
  • Tamamilə qoxusuzdur.