PROGINAT
- Haqqında
- Tərkibi
- İstifadə qaydası
PROGINAT dərman vasitəsi mədəyə düşdükdən sonra mədə turşusu ilə reaksiyaya girərək xüsusi geləbənzər maddə yaranır ki, bu da mədədə artmış olan turşuluğu neytrallaşdırır. Mədənin selikli qişasının baryer funksiyasını qoruyaraq patogen mikroorqanizmlərin yaraya təmas etməsinin qarşısını alır. Həmçinin, regenerativ xüsusiyyətə malik olduğu üçün mədə-bağırsaq sistemində yarasağaldıcı təsirə malikdir. Bunun üçün də həm reflüks-ezofaqitin, həm də xora xəstəliyinin müalicəsində geniş istifadə olunur. Gəyirmə zamanı mədə möhtəviyyatı yenidən qida borusuna geri qayıdarsa, bu zaman gel şəklində olduğu üçün qida borusundakı qıcıqlanmanı aradan qaldıraraq selikli qişanı qoruyur və iltihabi prosesin inkişaf etməsinin qarşısını alır. PROGİNAT mədə turşusu və ödün qida borusuna doğru reflüksu nəticəsində meydana gələn ağrıları aradan qaldırır. Hətta qida borusu və mədədə baş verən diskomfort, preparat qəbulundan 3-4 dəqiqə sonra tam aradan qalxır.
Istifadəsinə göstərişlər:
• Qastroezofaqeal reflüks və mədə turşuluğunun artması ilə bağlı dispeptik vəziyyətlərin simptomatik müalicəsi;
• Qastroezofaqeal reflüks (mədə qıcqırması və requrgitasiya zamanı);
• Yemək qəbulundan sonra mədədə ağırlıq hissi (o cümlədən, hamiləlik zamanı);
• Diafraqmanın qida borusu dəliyinin yırtığı və ya Hiatus yırtığı;
• Səbəbi reflüks olan bütün epiqastrik və retrosternal vəziyyətlər.