LETRA
- Haqqında
- Tərkibi
- İstifadə qaydası
Süd vəzi xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür və hər keçən gün daha çox artır.
LETRA, artıq menstruasiya dayandırılmış (postmenopozal) qadınlarda döş xərçənginin müəyyən növlərini müalicə etmək üçün istifadə olunur.
LETRA şiş əleyhinə vasitə olmaqla aromataza fermentinin inhibitorudur. Bu fermentin təsiri altında qadınlarda menopauzdan sonrakı dövrdə qadın cinsi hormonları olan estrogen sintezi baş verir və o cümlədən androgenlərin qadın cinsi estron və estradiola çevrilməsini təmin edir.Letra aromatazanın, onun aktivliyinin tormozlanmasına səbəb olur ki, bu zaman bütün toxumalarda , o cümlədən estrogendən asılı toxumalarda estrogenlərin sintezi azalır. Nəticədə şiş hüceyrələrinin böyüməsini və digər toxumalara yayılmasını ləngidir və ya tamamilə dayandırır.
LETRA xəstələrdə LH və FSH plazma səviyyələrində dəyişiklik yaratmır, TSH, T4 və T3 konsentrasiyalarına və müvafiq olaraq da qalxanvari vəzin funksiyalarına təsir göstərmir.
İstifadəsinə aid göstərişlər:
Letra dərman vasitəsi hormon reseptorları neqativ olan xəstəliklər zamanı istifadə edilmir. Letra aşağıdakı hallarda təyin olunur:
• Hormon reseptoru (estrogen (ER) və/və ya progesteron (PR) reseptoru) müsbət, erkən mərhələdə invaziv süd vəzi xərçəngi olan postmenopauza dövründəki qadınların adyuvant müalicəsi zamanı;
• Postmenopauza dövründə olan, hormon reseptorları (ER və/və ya PR reseptorları) müsbət, erkən mərhələli invaziv süd vəzi xərçəngi olan, əvvəllər standart (5 il ərzində) tamoksifen istifadə etmiş pasiyentlərdə uzunmüddətli adyuvant müalicə zamanı;
• Metastatik və lokal irəliləmiş süd vəzi xərçəngi olan, hormon reseptoru (ER və/və ya PR) müsbət olan postmenopauza dövründəki qadın xəstələrdə birinci sıra müalicə kimi;
• Tamoksifenlə müalicədən sonra təkrarlanan və ya irəliləmiş süd vəzi xərçəngi olan postmenopauza dövründəki qadınların müalicəsi zamanı.